azturkxeber.az
http://azturkxeber.az

Norveç şirkəti Misirdə 1,1 QVt gücündə günəş enerjisi stansiyası tikəcək

18-03-2025

Norveç şirkəti Misirdə 1,1 QVt gücündə günəş enerjisi stansiyası tikəcək


Misir Norveçin "Scatec" şirkəti ilə enerji alqı-satqısı və 1,1 QVt gücündə günəş enerjisi stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıb.

Ölkənin cənubundakı Nəcaa Hammadi yaxınlığında tikiləcək bu stansiya “Misir Alüminium” şirkət kompleksini təmiz enerji ilə təmin edəcək, onun ekoloji dayanıqlılığını gücləndirəcək. Qeyd olunur ki, 650 milyon dollar dəyərində olan bu investisiya layihəsi, həmçinin karbon emissiyalarının azaldılmasına dair beynəlxalq standartlara uyğunluğu təmin edəcək.

Öz növbəsində Norveç şirkəti mətbuata açıqlamasında bildirib ki, enerji alqı-satqısı müqaviləsi 25 il üçün nəzərdə tutulub.

Qeyd edək ki, ərəb dünyasının əhali sayına görə ən böyük dövləti olan Misir 2030-cu ilə qədər enerji sistemində bərpaolunan enerjinin payını 42%-ə çatdırmağa çalışır. Hazırda bu rəqəm təxminən 20% təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31