azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul edib

17-03-2025

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Ombudsman qəbul üçün müraciət etmiş vətəndaşların hər birini fərdi qaydada qəbul edib. Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi qeyd olunub.

Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, e-mail ünvanları, poçt, faks, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31