İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyində təşkil edilmiş tədbirdə iştirak edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyində təşkil edilmiş tədbirdə iştirak edib.
Ombudsman tədbirdə çıxışı zamanı əhalinin həssas qrupları arasında məşğulluğun artırılması, onların cəmiyyətə inteqrasiyasının təmini istiqamətində tədbirlərin görülməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.