SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun mart ayı üzrə vətəndaş qəbulu Cəlilabad rayonunda baş tutub.
"Azəriqaz"dan verilən məlumata görə, cənub bölgəsinin müxtəlif rayonlarından görüşə gələn 100-ə yaxın vətəndaşdan ümumilikdə 72 müraciət dinlənilib. Bunlar da əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi və işə qəbul ilə bağlı olub. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahatlar verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
"Azəriqaz" İB-nin baş direktoru bu dəfə Cəlilabad rayonunda vətəndaşları dinlədi
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
"Azəriqaz" İB-nin baş direktoru ilin sonuncu vətəndaş qəbulunu Gəncə şəhərində keçirdi