azturkxeber.az
http://azturkxeber.az

"Azəriqaz" İB-nin baş direktoru ilin sonuncu vətəndaş qəbulunu Gəncə şəhərində keçirdi

19-12-2024

 SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Gəncə şəhərinin vətəndaşları ilə görüşüb.
 Azturkxeber.az xəbər verir ki, vətəndaş qəbulunda Gəncə şəhəri ilə yanaşı, Samux, Şəmkir, Tovuz, Ucar və Xaçmaz rayonlarından olmaqla ümumilikdə 45 nəfərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib. Qəbulda əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, habelə işə qəbulla bağlı müraciətlər ünvanlanıb. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahatlar verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Gəncə Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031