azturkxeber.az
http://azturkxeber.az

"Azəriqaz" İB-nin baş direktorunun ilin ilk vətəndaş qəbulu Salyan rayonunda baş tutdu

24-01-2025

 

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan rayonunun sakinləri ilə görüşüb. Vətəndaş qəbuluna Salyanla yanaşı, Sabirabad, Cəlilabad, Lənkəran və digər qonşu rayonlardan olan sakinlər də təşrif buyurublar. Ümumilikdə 22 nəfərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib ki, burada da sahibkarların müraciətləri üstünlük təşkil edib. Qəbulda əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul, sahibkarlara məxsus istixana və ictimai iaşə obyektlərinin qazla təmin edilməsi ilə bağlı müraciətlər ünvanlanıb. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə və sahibkarlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031