azturkxeber.az
http://azturkxeber.az

Son iki ayda pensiya ödənişlərinə 1 milyard 178 milyon manat vəsait yönəldilib

14-03-2025

Son iki ayda pensiya ödənişlərinə 1 milyard 178 milyon manat vəsait yönəldilib


Yanvar-fevral aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (103 milyon manat) çox olmaqla 1 milyard 178 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindənverilən məlumata görə, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Bu ilin iki ayında 9 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 147 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31