azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan millisi növbəti uğura imza atıb

13-03-2025

 

Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa Çempionatında Azərbaycan millisi növbəti uğura imza atıb. Pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə kişilərin Trio komanda yarışında Ruslan Lunev, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığmamız bürünc medal qazanıb.

Üçüncü yer uğrunda keçirilən həlledici qarşılaşmada komandamız Almaniya təmsilçilərinə 16:14 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Çempionatın qalibi Türkiyə yığması, gümüş medalçısı isə Çexiya komandası olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31