azturkxeber.az
http://azturkxeber.az

Ruslan Lunevdən “Lapua” Avropa Kubokunda ikiqat uğur

21-07-2025

Estoniyanın Tallin şəhərində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “5-ci Ranno Krusta Memorialı” və “Lapua” Avropa Kubokunda ölkəmizin təmsilçisi Ruslan Lunev iki böyük uğura imza atıb.

Yarışın ilk günündə Ruslan Lunev 25 metr məsafəyə sürətli atəş üzrə yarışda parlaq çıxış edərək bir çox güclü rəqibini geridə qoyub və ikinci yeri tutaraq Azərbaycanın aktivinə gümüş medal yazdırıb.

Növbəti uğur isə 25 metr məsafəyə mərkəzli atəş açma növü üzrə fərdi yarışda qeydə alınıb. Bu mərhələdə Ruslan Lunev ümumilikdə 581 xal və 23 daxili onluq (x) nəticəsi ilə çıxış edərək yenidən ikinci yerə yüksəlib. O, yalnız Fransa təmsilçisi Theo Moczko-ya məğlub olaraq ikinci gümüş medalı qazanıb.

Bu mötəbər yarışla birlikdə “Lapua” Avropa Kuboku çərçivəsində bütün qarşılaşmalar yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031