azturkxeber.az
http://azturkxeber.az

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ilk qiraət günü ədəbiyyatda qadın mövzusuna həs olunub

08-03-2025


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində şair, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və aktyor Kamran Ağabalayevin iştirakı ilə qiraət günü keçirilib.

Mərkəzin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentindən bildirilib ki, 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən ilk qiraət günü ədəbiyyatda qadın mövzusu, Azərbaycan qadınlarının tarixi və cəmiyyətdəki roluna həsr olunub.

Mərkəzin təlimçiləri və benefisiarlarının ifasında şair İlqar Fəhminin yaradıcılığından şeirlər, musiqi nömrələri səsləndirilib.

Davamlı təşkili nəzərdə tutulan layihənin məqsədi həssas əhali qruplarından olan şəxslərin mütaliəyə marağının artırılması, ədəbiyyatımızın müasir nümayəndələri ilə yaxından tanışlığına imkan yaratmaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31