azturkxeber.az
http://azturkxeber.az

İnternet üzərindən satılan dərmanlara nəzarət gücləndirilsin – TƏKLİF

07-03-2025

 

“Səhiyyə müəssisələri tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq göndərişlərin düzgün rəsmiləşdirilməsi və bununla da süründürməçilik hallarının aradan qaldırılması üçün tibb işçilərinin peşəkarlığının artırılması və onların lazımi qaydada təlimatlandırılması, mürəkkəb və detallı sənədləşmə prosesinin sadələşdirilməsi, habelə tibb müəssisələri ilə tibbi sosial ekspert komissiyalarının fəaliyyətinin daha effektiv əlaqələndirilməsi zəruridir”

AzTurkxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında ombudsman Səbinə Əliyeva deyib. 

Ombudsman qeyd edib ki, internet səhifələrində və sosial şəbəkələrdə yayımlanan çoxsaylı tibbi əsaslandırılmamış məlumatların, internet platformalar üzərindən satılan və keyfiyyəti şübhə doğuran dərman preparatlarının insan sağlamlığına göstərə biləcəyi neqativ təsirləri nəzərə alaraq, bu sahəyə nəzarətin gücləndirilməsi, davamlı monitorinqlərin aparılması və problemlərin qanunvericilik səviyyəsində həlli də vacib məsələlərdəndir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31