azturkxeber.az
http://azturkxeber.az

"Bu, aztəminatlı ailələrin sosial müdafiəsini yaxşılaşdıra bilər" - SƏBİNƏ ƏLİYEVA 

07-03-2025

 

"Aztəminatlı ailələrin maddi yardım asılılığından azad edilməsində əhəmiyyətli rolu olan özünüməşğulluq proqramına əlçatanlığın asanlaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac vardır".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında ombudsman Səbinə Əliyeva deyib. Onun sözlərinə görə, özünüməşğulluğa cəlb edilən şəxsin aktivlərlə təmin olunması ilə bağlı müddətin müəyyən edilməsi, habelə özünüməşğulluğa cəlb olunmuş şəxsin aktivlərlə təmin olunmasına qədər onun məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi üçün məhdudiyyətin aradan qaldırılması məqsədəmüvafiqdir.    

"Ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə müraciətlərlə əlaqədar ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması üçün qanunvericiliklə son müddətin və ya müddət aralığının müəyyən olunması aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynaya bilər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31