azturkxeber.az
http://azturkxeber.az

Davit Manukyan: Xankəndidəki mənzilimdə tapılan silahlar Ermənistan Polis İdarəsində qeydiyyatdadır

06-03-2025

Davit Manukyan: Xankəndidəki mənzilimdə tapılan silahlar Ermənistan Polis İdarəsində qeydiyyatdadır


Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan evində tapılmış silahlar barədə də danışıb.

Təqsirləndirilən şəxs sərbəst ifadəsi zamanı Xankəndidəki mənzilində iki silahı olduğunu deyib:

“Biri tapança, o birisi isə yivli ov tüfəngi. Hər iki silah Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 10-da davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31