azturkxeber.az
http://azturkxeber.az

“Azərbaycan qadınının milli təhlükəsizliyimizin qorunmasında rolu” - konfrans

06-03-2025


Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında xüsusi təyinatlı təhsil müəssisələrinin xanım əməkdaşlarının iştirakı ilə “Azərbaycan qadınının milli təhlükəsizliyimizin qorunmasında rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, konfransda çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev Azərbaycan qadınının xalqımızın mənəvi dəyərlərinin qorunmasındakı müstəsna xidmətlərindən danışıb, həyatın bütün sahələrində, o cümlədən ictimai-siyasi proseslərdə onların fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, ailə institutunun qorunub saxlanılmasında, sağlam və vətənpərvər ruhlu gənc nəslin yetişdirilməsində əvəzsiz xidmətləri olan Azərbaycan qadınları tarixin həlledici məqamlarında mətinlik nümunəsi göstəriblər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdə Azərbaycan qadının da payı var.

Natiqlər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan qadınına xas bütün müsbət keyfiyyətləri özündə cəmləşdirdiyini vurğulayaraq, Azərbaycan xanımının əsl siması olduğunu qeyd ediblər.

Konfransda FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsinin rəis müavini Hüsniyyə Babayeva, təhsil məsələləri üzrə sektor müdiri Cabir Həsənov, respublikamızın xüsusi təyinatlı ali təhsil ocaqlarının nümayəndələri, eləcə də professor-müəllim heyəti iştirak edib.

Tədbirdə iştirakçıların məruzələri dinlənilib, mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Sonra konfransda iştirak edən xanım iştirakçılara sertifikatlar, gül dəstələri və hədiyyələr təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31