FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib






Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.
Tədbirdə Akademiyanın rəisi general-mayor Baba Salayev, Mülki müdafiə qoşunlarının komandanı general-leytenant İlham Abdullayev, Fövqəladə Hallar Nazirliyi Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev çıxışında bu cür tədbirlərin kursantların hərtərəfli hazırlığında mühüm rol oynadığını qeyd edib. O, bildirib ki, müasir dövrdə fövqəladə hallara qarşı mübarizədə peşəkar, yüksək bilik və bacarıqlara malik kadrların hazırlanması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılması təhsil prosesinin əsas prioritet istiqamətlərindən biridir.
Akademiya rəisi vurğulayıb ki, keçirilən bu cür maarifləndirici və praktiki tədbirlər kursantların real xidmət şəraitinə daha yaxşı hazırlanmasına, onların operativ qərarvermə, çevik reaksiya və məsuliyyət hissinin formalaşmasına xidmət edir. O, həmçinin qeyd edib ki, Mülki müdafiə qoşunlarının fəaliyyəti ilə yaxından tanışlıq kursantların gələcək xidmət istiqamətlərini daha düzgün müəyyənləşdirmələrinə imkan yaradır.
Daha sonra çıxış edən general-leytenant İlham Abdullayev Mülki müdafiə qoşunlarının fəaliyyəti, vəzifə və funksiyaları, hərbi nizam-intizam qaydaları və şəxsi heyətin davranış prinsipləri barədə ətraflı məlumat verib. O, həmçinin mülki müdafiə sahəsində həyata keçirilən tədbirlərdən, əldə olunan nailiyyətlərdən və fövqəladə halların qarşısının alınması istiqamətində görülən işlərdən bəhs edib.
Tədbirdə FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev çıxış edərək praktiki təcrübənin təhsil prosesində mühüm rol oynadığını vurğulayıb.
İnteraktiv formatda
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: