azturkxeber.az
http://azturkxeber.az

Abşeronda qanunsuz tikinti işlərinə qarşı mübarizə tədbirləri görülüb

06-03-2025


Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan qanunsuz tikinti işlərinə qarşı mübarizə tədbirləri həyata keçirilib.

Rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən rayon ərazisində monitorinq keçirilərkən Saray, Masazır kəndlərində, o cümlədən Xırdalan şəhərində qanunvericiliyin tələblərinə uyğun olmayan inşa işlərinin həyata keçirildiyi aşkarlanıb. Belə ki, Saray və Masazır kəndlərində qeyri-qanuni fərdi yaşayış evlərinin tikintisi məlum olub. İnşa işləri dayandırılıb və tikilmiş hissə sökülüb.

Eyni zamanda, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 27-ci məhəllədə yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında qanunsuz olaraq qazıntı işlərinin aparılmasının qarşısı Abşeron RİH-in əməkdaşları tərəfindən alınıb. Əraziyə baxış zamanı məlum olub ki, vətəndaş tərəfindən heç bir icazəverici sənədlər əldə edilmədən gecə saatlarında binanın zirzəmi hissəsində qanunvericiliyin tələblərini pozmaqla ərazidə qazıntı işləri aparılıb. Bununla bağlı RİH əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, aparılan qeyri-qanuni fəaliyyət dayandırlıb, o cümlədən ərazinin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində işlər görülməkdədir. Görülmüş tədbirlər nəticəsində qazılmış hissə torpaqla örtülüb və əlavə bərkitmə işləri həyata keçirilir.

Üstəlik, həmin əraziyə nəzarət tədbirləri gücləndirilib və bu kimi halların yenidən olmaması üçün xüsusi tapşırıqlar verilib.

Qanunsuzluğa yol vermiş şəxs barəsində inzibati tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına da müraciət olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31