İtaliyanın cənubundakı Siciliya adasında aramsız leysan yağışları sel və daşqınlara səbəb olub.
azturkxeber.az xəbər verir ki, adanın şərqindəki Kataniya şəhəri və ətraf bölgələrdə küçələri, evləri və iş yerlərini su basıb. Şiddətli yağış gündəlik həyata mənfi təsir edib. Bəzi bölgələrdə nəqliyyat vasitələri sel suları altında qalıb və dənizə sürüklənib. Maddi ziyanın olduğu qeyd edilib.
Mülki müdafiə qüvvələri 80-dən çox xilasetmə əməliyyatı yerinə yetirib, köməksiz vəziyyətdə qalan onlarla insanı xilas edilib. Bəzi ərazilərə 6 saat ərzində 400 millimetr yağıntı düşdüyü bildirilib. Əlverişsiz hava şəraiti səbəbindən Kataniya və Sirakuza şəhərlərində məktəblər bağlanıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib
Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib