azturkxeber.az
http://azturkxeber.az

YAP Mərkəzi Aparatında müşavirə keçirilib

23-01-2025 Baxılıb: 48

  Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında seçkilərin keçiriləcəyi bütün seçki dairələrində səsvermə günü müşahidə aparacaq şəxslərlə müşavirə keçirilib.

AzTurkxeber.az -ın məlumatına görə, müşavirədə seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib, qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının zəruriliyi vurğulanaraq tövsiyə və tapşırıqlar diqqətə çatdırılıb, Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış müvafiq yaddaş kitabçaları onlara təqdim edilərək bələdiyyə seçkilərinin azad, şəffaf, ədalətli və demokratik keçirilməsi üçün üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminlik ifadə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031