azturkxeber.az
http://azturkxeber.az

FİKRƏT ƏMİROV I ÜMUMRESPUBLİKA MUSİQİ FESTİVALI ÇƏRÇİVƏSİNDƏ BƏSTƏKARIN "SEVİL" OPERASI NÜMAYİŞ ETDİRİLİB

07-03-2025

 

Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında bəstəkarın Cəfər Cabbarlının “Sevil” pyesinin motivləri əsasında yazdığı eyniadlı operanın tamaşası nümayiş etdirilib.

AzTurkxeber.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tamaşada Xalq artisti Azər Zeynalov(Balaş), Əməkdar artistlər İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Əliəhməd İbrahimov (Babakişi), Tural Ağasıyev(Əbdüləli bəy), solistlər Fatimə Cəfərzadə (Sevil), Taleh Yahyayev(Atakişi), Fəhmin Əhmədli(Məmmədəli bəy), Esmira Məmmədova(Tafta), Məhəbbət Səfərov(Azançı) çıxış ediblər. 
Tamaşanın dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, xoreoqraf Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə, xormeysteri Əməkdar incəsənət xadimi                                            Sevil  Hacıyevadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31