azturkxeber.az
http://azturkxeber.az

Fərid Qayıbov xaricdə yaşayan Azərbaycan əsilli idmançılarla görüşlər keçirib

05-08-2025

Avqustun 5-də gənclər və idman naziri Fərid Qayıbov xaricdə yaşayan Azərbaycan əsilli idmançılarla görüşlər keçirib.

Tokio və Parisdə Yay Olimpiya Oyunlarının gümüş medallarını qazanmış güləşçi, hazırda Ukraynanı təmsil edən Pərviz Nəsibov görüş zamanı gələcək karyerası barədə məlumat verib.

ABŞ-da peşəkar boksla məşğul olmuş Rüfət Bakı (İsrafilbəyov) Vətəndən uzaqda yaşamasına və döyüşməsinə baxmayaraq, Azərbaycan bayrağını uca tutub və özünə Bakı ləqəbini seçib. Qeyd edək ki, Rüfət Bakı karyerası boyunca keçirdiyi 24 döyüşün 22-də qalib gəlib.

Nazir Fərid Qayıbov hər iki idmançının beynəlxalq arenalarda qazandıqları uğurları yüksək dəyərləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031