azturkxeber.az
http://azturkxeber.az

Türkiyə 165 ölkəyə milli valyutada mal ixrac edib

06-08-2025

Türkiyə 165 ölkəyə milli valyutada mal ixrac edib

Türkiyə milli valyuta ilə xarici ticarət əməliyyatlarını artırır. Təkcə 2025-ci ilin iyul ayında 165 ölkəyə türk lirəsi ilə ixrac tədarükü həyata keçirilib.

Bu barədə Türkiyə Ticarət Nazirliyinin məlumatlarına istinadla xəbər verir.

Qeyd olunub ki, bu ilin ilk 7 ayında türk lirəsi ilə xarici ticarətin ümumi həcmi 830,5 milyardı keçib ki, bu da 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 35,2 faiz çoxdur.

İyul ayında Türkiyənin milli valyuta ilə ixracı illik müqayisədə 8,8 faiz artaraq 28,4 milyard lirəyə, idxalı isə 104,2 milyard lirəyə çatıb ki, bu da 2024-cü ilin iyul ayına nisbətən 51,3 faiz çoxdur. Bununla da, iyulda türk lirəsi ilə xarici ticarətin ümumi həcmi 132 milyard lirədən çox olub.

Ötən ay milli valyuta ilə ticarətdə 39 min 500-dən çox türk şirkəti iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031