azturkxeber.az
http://azturkxeber.az

“Araz-Naxçıvan” braziliyalı futzalçı ilə güclənib

05-08-2025

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” futzal komandası hazırlığını davam etdirir.

Bakıda təlim-məşq toplanışına başlayan ölkə çempionu heyətini də gücləndirmək istiqamətində işlər görür. Mövsüm başa çatdıqdan sonra əksər futzalçılarla yollarını ayıran “qırmızı-ağlar” xüsusilə də legionerləri cəlb etməklə boşluqları doldurur. Aleksanderson Teyşeyra Barbosa ilə 1 illik anlaşma əldə olunub. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetisu” klubunda keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Təmsilçimiz avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları ilə üz-üzə gələcək. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031