azturkxeber.az
http://azturkxeber.az

Serbiya Prezidenti Belqradda İtaliyanın Baş naziri ilə görüşüb

06-08-2025

Serbiya Prezidenti Belqradda İtaliyanın Baş naziri ilə görüşüb

Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda işgüzar səfərdə olan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb.

Aleksandar Vuçiç səfəri etimad və ümumi baxış mesajı kimi qiymətləndirib. O, İtaliyanın Serbiyaya, xüsusilə də ölkənin Avropaya inteqrasiyasına verdiyi prinsipial dəstəyinə görə, Ciorcia Meloniyə təşəkkürünü bildirib.

Vuçuç İtaliyanın Belqradda keçiriləcək “EXPO 2027” sərgisində iştirakının iki ölkə arasında dostluq, tərəfdaşlıq və etimadın ifadəsi olduğunu vurğulayıb.

Aleksandar Vuçiç deyib ki, Serbiya İtaliya ilə münasibətləri təkcə siyasi tərəfdaş kimi deyil, həm də dəyərlərini, ənənələrini və istəklərini anlayan əsl dost kimi yüksək qiymətləndirir.

“Serbiya və İtaliya bütün regionun inkişafı və sabitliyi yolunda çiyin-çiyinə dayanır”, - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031