azturkxeber.az
http://azturkxeber.az

Tramp Rusiya ilə görüşdən sonra tariflə bağlı qərar verəcək

06-08-2025

Tramp Rusiya ilə görüşdən sonra tariflə bağlı qərar verəcək

ABŞ Prezidenti Donald Tramp bu gün Rusiyada keçiriləcək görüşdən sonra Rusiya neftindən istifadə edən ölkələrə əlavə tariflər tətbiq edib-etməyəcəyini nəzərdən keçirəcək.

Bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

“Rusiya ilə görüşümüz var. Nə baş verdiyini görəcəyik. Qərarı da o zaman verəcəyik”, - deyə ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, Trampın xüsusi elçisi Stiv Vitkofın bu gün Rusiyaya səfəri nəzərdə tutulub.

Tramp daha əvvəl Rusiyadan neft alan ölkələrə rüsumla yanaşı ikinci dərəcəli tarif tətbiq edəcəyini bildirib. Bu isə Çindən və Hindistandan idxal olunan mallar üçün vergilərin məbləğini kəskin şəkildə artıra bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031