azturkxeber.az
http://azturkxeber.az

Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində saxlanılan yeniyetmə məhkumlara təlim keçirilib

05-08-2025

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində saxlanılan yeniyetmə məhkumların hüquq və azadlıqlarının təmin olunması, onların gələcəkdə sosial adaptasiyasının və cəmiyyətə reinteqrasiyasının təşkili istiqamətində təlim keçirilib.

“Özünütanıma – düşüncə və yanaşma” devizi altında təşkil olunmuş təlimin əsas məqsədi yetkinlik yaşına çatmayan məhkumların asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşlərinin və biliklərinin artırılması, eyni zamanda sağlam həyat tərzinin formalaşdırılması istiqamətində maarifləndirmə işinin həyata keçirilməsi olub.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək, müəssisədə saxlanılan uşaqların maarifləndirilməsinin əhəmiyyətini qeyd edərək, keçirilən təlimlərin onların şəxsi inkişafında mühüm rol oynayacağını bildirib.

Daha sonra “Azerbaijan Mentors Academy” şirkətinin təsisçisi, təlimçi Cavidan Səfərli tərəfindən mövzuya uyğun olaraq yeniyetmələr üçün təqdimat edilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031