azturkxeber.az
http://azturkxeber.az

Nəsimi rayonunun bir sıra küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

05-08-2025

Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 5 avqust tarixində gücləndirmə işləri həyata keçiriləcək.

“Azərişıq” ASC-yə istinadla xəbər verir ki, bununla əlaqədar olaraq saat 01:00-dan saat 06:00-dək rayonun Azadlıq prospekti, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Qulu Quliyev, İmran Qasımov, Akademik Mirəsədulla Mirqasımov, Feyzulla Qasımzadə, Abbas Səhhət, Mirəli Qaşqay, Ceyhun Hacıbəyli küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Gücləndirmə işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031