azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstan Türkmənistanın ən böyük qaz yatağının işlənməsində iştirak edə bilər

06-08-2025

Qazaxıstan Türkmənistanın ən böyük qaz yatağının işlənməsində iştirak edə bilər

Avazada Qazaxıstan və Türkmənistan nümayəndələri arasında işçi görüşü keçirilib.

Görüşdə Türkmənistan tərəfini Baş nazirin müavini Batır Amanov və Prezidentin neft və qaz məsələləri üzrə müşaviri Aşirqulu Beqliyev təmsil ediblər. Görüşdə xarici investorun cəlb edilməsi ilə Qazaxıstan Respublikasının Türkmənistanın ən böyük qaz yatağı olan “Qalkınış”ın işlənməsində mümkün iştirakı müzakirə olunub.

Qazaxıstan nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Qalımjan Koyşıbayev, “QazaqGaz MŞ” SC-nin İdarə Heyətinin sədri Sanjar Jarkeşov və başqaları daxil olub.

Tərəflər qaz sənayesində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin strateji əhəmiyyətini vurğulayaraq, birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirdilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031