Rəcəb Tayyib Ərdoğan: “Türkiyəni bölgəsinin qütb ölkəsinə çevirmək mübarizəmiz davam edir”
Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan Anıtkabiri ziyarət edərək, Xüsusi Dəftəri imzalayıb.
Prezident Ərdoğan imzası ilə qeyd etdiyi mesajında Türkiyənin qarşılaşdığı çətinliklərə baxmayaraq, milli mübarizənin bütün sahələrdə qətiyyətlə davam etdiyini bildirib:
Əziz Atatürk, Türkiyəni yenidən formalaşan qlobal sistemdə öz bölgəsinin qütb ölkəsinə çevirmək mübarizəmiz, qurulan tələlərə, daxildən və xaricdən gələn hücumlara baxmayaraq davam edir. Təhlükəsizlikdən demokratiyaya, iqtisadiyyatdan texnologiyaya, müdafiə sənayesindən xarici siyasətə qədər geniş bir sahədə millətimizin gələcəyini təmin altına alacaq tarixi addımlar atırıq.”
Ərdoğan, Yüksək Hərbi Şuranın 2025-ci il toplantısının əhəmiyyətinə də toxunaraq, bu tədbirin "Türkiyə Yüzili" hədəfinə doğru mühüm mərhələ olacağına inandığını vurğulayıb:
“Yüksək Hərbi Şuramızın 2025-ci il toplantısının, 'Türkiyə Yüzili' hədəfinə gedən yolda yeni bir mərhələyə çevriləcəyinə inanıram.”
Prezident, sonda Ulu Öndər Mustafa Kamal Atatürkü və Türkiyənin istiqlalı uğrunda canlarını fəda edən bütün şəhidləri rəhmətlə anıb:
Alinizi və istiqlalımız uğrunda can verən bütün şəhidlərimizi rəhmətlə yad edirik. Ruhunuz şad olsun.