azturkxeber.az
http://azturkxeber.az

ETX: “Tik-Tok”da “Bakcell” adından dələduzluq həyata keçirilir

04-02-2025


“Tik-Tok” sosial şəbəkəsində “Bakcell” mobil operatorunun adından dələduzluq həyata keçirilir.

Azturkxeber.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

“Belə ki, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur. Həmçinin səhifədə yerləşdirilən saxta keçid vasitəsilə 50GB internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir və “Abunə ol” düyməsinə kliklədikdə istifadəçilərdən bank kartı məlumatlarını daxil etmək tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir”, - deyə ETX-nin məlumatında qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728