azturkxeber.az
http://azturkxeber.az

Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin “Rehabus” layihəsinə start verilib

04-02-2025

 Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin “Rehabus” layihəsinə start verilib. 

AzTurkxeber.az -ın məlumatına görə, 1 fevral 2025-ci il tarixindən icrasına başlanılan layihə əlilliyi olan şəxslərin ambulator reablitasiya xidmətlərinə əlçatanlığına yönəlib. 

Reabilitasiya avtobusu müvafiq kateqoriyadan olan şəxslərin reabilitasiya müəssisələrinə asan, rahat şəkildə çatmasını təmin edir.

 Reablitasiya avtobusu ilkin olaraq Babək rayonunun kəndlərindən əvvəlcədən müəyyən edilən ünvanlardan əlilliyi olan şəxsləri götürərək Naxçıvan şəhərində yerləşən Uşaq Bərpa və Əlillərin Bərpa Mərkəzlərinə çatdırır. Reablitasiya proseduru bitdikdən sonra isə onları yenidən ünvanlarına qaytarır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728