azturkxeber.az
http://azturkxeber.az

“RehaBus” layihəsi çərçivəsində əlilliyi olan 1900-dək şəxsə xidmət göstərilib

06-12-2024 Baxılıb: 0

IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində ötən dövrdə əlilliyi olan 1900-dək şəxsə xidmət göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2022-ci ildən icrasına başlanan layihə Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmağa yönəlib. Layihə həmin şəxslərin müvafiq reabilitasiya müəssisəsinə asan və rahat şəkildə çatmasını təmin edir.

Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

Reabilitasiya proseduru bitdikdən sonra isə onlar yenidən geri qaytarılırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031