Dövlət Komitəsi vakansiya elan edir
Öz karyeranıza psixoloq, sosial pedaqoq, sosial iş üzrə mütəxəssis, baş mühasib olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (Bakı şəhəri Şüvəlan qəsəbəsi, Goranboy, Ağdam, Hacıqabul, Göygöl, Sabirabad, Saatlı, İsmayıllı, Qəbələ, Zaqatala, Zərdab rayonları üzrə) davam etmək istəyirsinizsə CV formanızı [email protected] ünvanına göndərə bilərsiniz. Müraciət edərkən “Mövzu” bölməsində iddia edilən vəzifənin adı və rayon mütləq qeyd olunmalıdır.
Mərkəzlərə işə qəbul müsahibə formasında, şəffaflıq və bərabərlik prinsipləri əsasında təşkil olunur. Müvafiq tələblərə uyğun gələcəyiniz təqdirdə müsahibəyə dəvət ediləcəksiniz.
- CV Azərbaycan dilində tərtib edilməlidir.
- Baş mühasib vəzifəsi üçün namizədlərin peşəkar mühasib sertifikatı (İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS) olmalıdır.
Mərkəz əməkdaşlarının vəzifə təlimatı barədə məlumatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz.