azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda "Maliyyə və mühasibat uçotu" təlimlərinin ilk sessiyası keçirilib

23-01-2025 Baxılıb: 30

 

Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə "Maliyyə və mühasibat uçotu" təlimlərinin ilk sessiyası 21-22 yanvar tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil və Səhiyyə nazirliklərinin və onların struktur qurumlarında çalışan mühasiblərin iştirakı ilə həyata keçirilib.

AzTurkxeber.az xəbər verir ki, iki gün davam edən təlim müddətində iştirakçılar mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində nəzəri biliklər qazanmaqla yanaşı, real hesabatlar üzərində praktiki bacarıqlarla da tanış olublar. 
Təlimin yekununda Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədri Tağı Tağızadə mərkəzin fəaliyyəti və gələcək planları barədə məlumat verib. Vurğulanıb ki, Naxçıvan Təlim Mərkəzi 2025-ci ildə də müxtəlif təlim proqramları ilə dövlət orqanlarında çalışan əməkdaşların peşəkar inkişafına və bacarıqların təkmilləşdirilməsi istiqamətindəki dəstəyini davam etdirəcək. Cari il ərzində muxtar respublikanın dövlət qurumları, müxtəlif idarə və təşkilatları mütəmadi olaraq zəruri təlimlərə cəlb olunacaq və işçilərin potensialının yüksəldilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.
Sonda Tağı Tağızadə iştirakçılara serfitikatlar təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Keçirilən təlimlərin onların peşəkar biliklərinin artırılmasında mühüm rol oynayacağını və iş mühitində praktiki fayda verəcəyinə inandığını bildirib.
Təlim prosesindəki praktiki nümunələr və ətraflı izahları ilə iştirakçılarının tələblərini tam qarşılayan təcrübəli təlimçi Arzuman İmanov isə səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031