Ötən il 35 mindən çox şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb
2024-cü ildə 35 mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, onların 71,4 faizini kişilər, 28,6 faizini isə qadınlar təşkil edib.