azturkxeber.az
http://azturkxeber.az

Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında tədbirlər planı imzalanıb

22-01-2025 Baxılıb: 23

Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında tədbirlər planı imzalanıb

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.9-cu yarımbəndinə müvafiq olaraq, Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2024-cü ilə dair imzalanmış birgə Tədbirlər Planına əsasən aidiyyəti qurumların nümayəndələrini cəlb etməklə Penitensiar xdmətin Mühafizə alayında və müəssisələrində əməkdaşlar üçün təlimlər keçirilib, cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işi aparılıb, o cümlədən üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 20 ədəd yeni sosial lövhə quraşdırılıb.

AzTurkxeber.az xəbər verir ki,  bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.

Görülən işlərin davamlılığının təmin edilməsi və cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən 2025-ci il üçün də birgə yeni “Tədbirlər Planı” təsdiq edilib.

Tədbirlər Planı çərçivəsində müvafiq mövzuda Penitensiar xidmətin əməkdaşları üçün təlimlərin keçirilməsi, cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, təbliğat və maarifləndirmə işlərinin aparılması, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi, o cümlədən mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının təqdim olunması nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031