Miqrantların uşaqları arasında rus dilini bilmə səviyyəsi təhsil proqramlarının mənimsənilməsi tələblərinə cavab verməlidir
Miqrant uşaqların məktəblərə qəbul olunmazdan əvvəl sınaqdan keçirilməsi üçün rus dilini bilmə səviyyəsi təhsil proqramlarının mənimsənilməsi tələblərinə cavab verməlidir.
Bu barədə Rusiya Təhsil Nazirliyi məlumat yayıb.
Cari il aprelin 1-dən Rusiyada miqrantların uşaqları məktəbə qəbul olunmazdan əvvəl rus dilindən məcburi sınaq imtahanı tətbiq ediləcək. Nazirlikdən qeyd edilib ki, dil bilmə səviyyəsi təhsil proqramlarının mənimsənilməsi üçün tələblərə cavab verməlidir.
Testləşmə dövlət və ya bələdiyyə təhsil müəssisələrində aparılacaq, metodiki materialların hazırlanmasına Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) cavabdehdir. Dil bacarıqlarının yoxlanılması ilə yanaşı, qeydiyyatdan əvvəl uşağın Rusiyada qanuni mövcudluğu da qiymətləndiriləcək.