azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib

15-10-2026

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 6 oktyabr tarixində Suriya Ərəb Respublikasından 13 nəfər Azərbaycan vətəndaşının (6 qadın, 7 uşaq olmaqla) ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Azturkxeber.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib.

Görüş zamanı ana və övladları ilə, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqlarla söhbət aparılıb, onların vəziyyəti öyrənilib, reabilitasiyası və hüquqlarının təmini ilə bağlı tövsiyələr verilib. Bununla yanaşı, repatriantlar Ombudsmana müraciət imkanları barədə məlumatlandırılıb.

Görüşdə müəssisə rəhbərliyi tərəfindən Ombudsman təsisatının əməkdaşlarına repatriantlara göstərilən xidmətlər barədə məlumat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031