azturkxeber.az
http://azturkxeber.az

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

15-10-2026

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Azturkxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Belə ki, oktyabr ayının 15-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 16 kiloqram 600 qram narkotik vasitə və 1970 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031