Ombudsman Aparatında hakim vəzifəsinə yeni təyin olunmuş əməkdaşla görüş keçirilib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasovun hakim vəzifəsinə təyin olunması ilə bağlı Ombudsman Aparatında görüş keçirilib.
Azturkxeber.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasovu hakim vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Müvəkkil ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb.
Səbinə Əliyeva Ombudsman təsisatında qazanılmış bilik və təcrübənin yeni vəzifədə səmərəli fəaliyyət baxımından faydalı olacağına əminliyini ifadə edib, hakimlərin insan hüquqlarının müdafiəsində və ədalət mühakiməsinin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Görüş zamanı Səbuhi Abbasov göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: