Növbəti köç karvanları Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb




Avqustun 28-də doğma yurduna yola salınan köç karvanları Şükürbəyli kəndlinə çatıb.
Azturkxeber.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə köçürülən 86 nəfərdən ibarət, 15 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: