azturkxeber.az
http://azturkxeber.az

“YAŞAT” Fondu altıncı “Məktəbli ləvazimatları” layihəsini reallaşdırır

27-08-2026

“YAŞAT” Fondunun və PAŞA Holdingin birgə təşkilatçılığı altıncı dəfə “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır.

Azturkxeber.az xəbər verir ki, yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin 1-11-ci siniflərdə təhsil alan məktəbli övladlarına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılır.

Respublikanın bütün ərazisi üzrə 950-dən çox şəhidin 1600-dək övladı üçün qutu hazırlanıb və aidiyyəti üzrə çatdırılacaq. Ümumilikdə məktəblilərin 850 nəfərə qədəri oğlan, 740 nəfərə qədəri isə qızdır.

Layihə hazırda davam edir və hədiyyə qutularının şəhid övladlarına çatdırılması mərhələli şəkildə həyata keçirilir.

Uşaqlarımızın təhsil yolunu işıqlandırmaq və gələcəyə olan inamlarını möhkəmləndirmək bizim üçün sevinc və qürur mənbəyidir.

Hədiyyə qutularının Naxçıvana çatdırılmasındakı dəstəyə görə Azərbaycan Hava Yollarına təşəkkür edirik.

Qələbəni bizə yaşadanları YAŞAT!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31