azturkxeber.az
http://azturkxeber.az

Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal!

27-08-2026

SİMA rəqəmsal imza ilə Təhsil Tələbə Krediti Fondunun (TTKF) kredit müqavilələrinin rəsmiləşdirilməsi prosesi təkmilləşdirilib.

İndi tələbələr kredit müqavilələrini “SİMA İmza”nın üztanıma texnologiyası ilə bir neçə dəqiqə ərzində tam təhlükəsiz və onlayn şəkildə rəsmiləşdirə bilirlər. Belə ki, kreditin ayrılması üçün tələbə əvvəlcə e-ttkf.edu.az saytında qeydiyyatdan keçir. Qeydiyyat zamanı daxil edilmiş mobil nömrəyə müvəkkil bank tərəfindən kredit müqaviləsinin imzalanması üçün link göndərilir. Tələbə həmin linkə daxil olduqdan sonra sistem istifadəçini “SİMA İmza” tətbiqinə yönləndirir. Tətbiqin biometrik texnologiyası ilə şəxsiyyət identifikasiya olunur, proses uğurlu olduğu təqdirdə tələbə müqaviləni imzalayır. Bununla da müraciət edən şəxslər təhsil krediti müqavilələrini sürətli və təhlükəsiz şəkildə rəsmiləşdirmiş olur.

“SİMA İmza”nın Təhsil Tələbə Krediti Fondunun prosesərində tətbiq olunmasının məqsədi vaxta və digər resurslara qənaət etməklə vətəndaş məmnunluğunun təmin edilməsidir.

Məlumat üçün bildirək ki, bu ildən etibarən TTKF tərəfindən ayrılan tələbə kreditləri üzrə müqavilələrin onlayn formada imzalanması yalnız “SİMA İmza” ilə həyata keçirilir.

Təlimat videosu: https://www.youtube.com/shorts/SrMjV-3W8QU

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31