azturkxeber.az
http://azturkxeber.az

Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı sahəsində işəgötürənlərlə birgə görüləcək işlər müzakirə edilib

27-08-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub.

Azturkxeber.az xəbər verir ki, görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC, SOCAR, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Qarabağ və Şərqi Zəngəzurda icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verib. Doğma yurdlarına qayıdan sakinlərin məşğulluğunun təminatına xidmət edən bu proqramların işəgötürənlərlə fəal əməkdaşlıq edilməklə daim genişləndirildiyi vurğulanıb.

İşğaldan azad edilmiş ərazilərimizə köçürülən vətəndaşların məşğulluğun təminatı sahəsində işəgötürənlərlə birgə görüləcək işlər müzakirə edilib. İxtisaslı mütəxəssislərin həmin ərazilərə cəlb edilməsi məqsədilə işəgötürənlər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlar onların diqqətinə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31