azturkxeber.az
http://azturkxeber.az

​“Eternity-2026” təliminin yekun planlaşdırma konfransı keçirilib

27-08-2026

​Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin yekun planlaşdırma konfransı başa çatıb.

Azturkxeber.az xəbər verir ki, üçtərəfli hərbi əməkdaşlıq planına əsasən təşkil olunan konfransda təlimin ssenarisi, taktiki tapşırıqlar, eləcə də iştirakçı heyətin logistik və hərtərəfli təminat məsələləri razılaşdırılıb.

​Təlimin əsas məqsədi mümkün təhdidlərə qarşı birgə mühafizə tədbirlərinin planlaşdırılması, regionun strateji əhəmiyyətli iqtisadi və enerji infrastrukturlarının, nəqliyyat dəhlizlərinin, eləcə də digər beynəlxalq layihələrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hərbi bölmələr arasında qarşılıqlı fəaliyyət imkanlarının artırılmasıdır.

​Konfransın sonunda təlim tapşırıqları razılaşdırıldığı və təlimə hazırlıq mərhələsinin tamamlandığı bildirilib, yekun protokol imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31