azturkxeber.az
http://azturkxeber.az

2026–2027-ci tədris ili üzrə ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərə müraciət

27-08-2026

Əziz gənclər!

Təhsil Tələbə Krediti Fondu adından sizi tələbə adını qazanmağınız münasibətilə təbrik edir, təhsil həyatınızda uğurlar arzulayırıq!

2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunanlar təhsil tələbə kreditindən yararlana bilərlər.

28 avqust tarixindən etibarən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər ilk olaraq razılıq ərizəsi əldə etməli, daha sonra təhsil tələbə kreditindən yararlanmaq üçün e-ttkf.edu.az portalına müraciət edə bilərlər. Razılıq ərizəsini notariat ofislərindən, "ASAN xidmət" mərkəzlərindən, "Mobil notariat" və ya "mygov" tətbiqindən əldə etmək mümkündür.

Təhsil tələbə kreditinə müraciət edən şəxslərə operativ dəstək göstərmək məqsədilə həftənin iş günləri saat 09:00-dan 18:00-dək Fondun ofisində yardım masası fəaliyyət göstərir (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34, AF Mall, 18-ci mərtəbə). Fondun Çağrı Mərkəzi, WhatsApp və birbaşa əlaqə nömrələri vasitəsilə müraciətlər operativ şəkildə cavablandırılır.

Çağrı mərkəzi: 146-5, (012) 599 12 02

WhatsApp: 077 317 88 52, 077 317 88 53

Qeydiyyat linki: e-ttkf.edu.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31