Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Bu gün ölkəmizin ictimai-siyasi və mədəni həyatında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Mehriban xanımın dərin humanizmə, xeyriyyəçiliyə və yüksək vətənpərvərliyə söykənən fəaliyyəti illərdir ki, cəmiyyətimizin hər bir təbəqəsində dərin rəğbətlə qarşılanır. Onun təşəbbüsü və rəhbərliyi ilə icra olunan irimiqyaslı mədəni, təhsil və sosial layihələr milli-mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə layiqincə təbliğinə böyük töhfələr vermişdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ən etibarlı silahdaşı kimi Mehriban xanım Əliyeva dövlətimizin inkişaf strategiyasının reallaşmasında, xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında, tarixi-dini abidələrimizin bərpasında və soydaşlarımızın doğma yurdlarına qayıdışında əvəzsiz rol oynayır.
Çox hörmətli Mehriban xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və doğma Azərbaycanımızın çiçəklənməsi naminə yorulmaz fəaliyyətində yeni uğurlar arzulayırıq!
Azturkxeber.az İnformasiya Agentliyinin direktoru Sahilə Bayramlı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: