azturkxeber.az
http://azturkxeber.az

Yevlaxda yanacaqdoldurma məntəqəsində avtomobil yanıb

25-08-2026

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon Yevlax şəhəri ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Azturkxeber.az-a FHN-ın Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanacaqdoldurma məntəqəsinin ərazisində "Toyota" markalı minik avtomobilində yanğın baş verdiyi və məntəqə ərazisinə yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən məntəqənin ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları, yük hissəsinə yığılmış hər birinin tutumu 20 litr olan 8 ədəd yanacaqla dolu plastik və dəmir qab yanıb, məntəqədə bir ədəd pompanın idarəetmə lövhəsi deformasiya edib.

Yanacaqdoldurma məntəqəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

https://youtu.be/L_5OBRO-Yqs?si=THpYUvcy_JXjzdv7






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31