azturkxeber.az
http://azturkxeber.az

Sumqayıt Musiqi Kollecinin yeni direktoru kollektivə təqdim olunub

25-08-2026

Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin yeni direktoru Natəvan Həsənova kollektivə təqdim olunub.

Azturkxeber.az xəbər verir ki, Natəvan Həsənova Azərbaycan Milli Konservatoriyasında Qanun ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb, hər iki təhsil səviyyəsini fərqlənmə ilə tamamlayıb. Daha sonra dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə edib.

O, 2004-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrində, 2007-ci ildən isə Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir. Müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə solist və orkestr musiqiçisi kimi çıxış edib.

2015-ci ildə ABŞ-ın Nyu-York şəhərində yerləşən “Carnegie Hall”da keçirilən müsabiqədə “1-ci yer” və “Ən yüksək performans” diplomları ilə təltif olunub.

N.Həsənova bir sıra elmi və elmi-metodik əsərlərin müəllifidir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31