azturkxeber.az
http://azturkxeber.az

Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirlərinə həsr olunmuş növbəti iclas keçirilib

25-08-2026

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir.

Azturkxeber.az xəbər verir ki, tədbirlər çərçivəsində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin Xaçmaz rayonunda növbəti iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA), Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon icra hakimiyyətlərinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

AXA-nın sədr müavini Cəfər Məhərrəmov regionda həyata keçirilən fitosanitar tədbirlər, monitorinqlərin nəticələri və qəhvəyi mərmər bağacığına qarşı mübarizənin yeni istiqamətləri barədə məlumat verib. O bildirib ki, cari ildə Balakən, Zaqatala, Qax və Xaçmaz rayonlarında qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə məqsədilə Samuray arısının (Trissolcus japonicus) sahələrə buraxılmasına başlanılıb. Hazırda növbəti il üçün bioloji mübarizə tədbirlərinin genişləndirilməsi məqsədilə AXA-nın Göygöl Entomofaqların İstehsalı Laboratoriyasında Samuray arısının yetişdirilməsi davam etdirilir. Bildirilib ki, zərərvericinin yayılma arealının müəyyənləşdirilməsi və populyasiya dinamikasının izlənilməsi məqsədilə feromon tələlərlə monitorinqlər davam etdirilir.

Görüşdə zərərvericinin yeni ərazilərə yayılmasının qarşısının alınması, mövcud ocaqlarda mübarizənin gücləndirilməsi, birgə monitorinqlərin davam etdirilməsi və aidiyyəti qurumlar arasında koordinasiyanın artırılması məsələləri müzakirə olunub.

Tədbirin sonunda regionda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və qarşıdakı dövr üçün birgə fəaliyyətin davam etdirilməsi ilə bağlı qərarlar qəbul edilib.

Qeyd edək ki, cari il ərzində AXA tərəfindən 51 rayonda 17 207 feromon tələ quraşdırılıb, kütləvi aşkarlanma qeydə alınan 2 903 ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçirilib, 20 mindən çox vətəndaşa isə zərərverici və ona qarşı mübarizə barədə maarifləndirici məlumat və tövsiyələr verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31