azturkxeber.az
http://azturkxeber.az

İstehsalatda bədbəxt hadisələrin qarşısının alınmasına dair təlimlər davam etdirilir

25-08-2026

Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə növbəti təlim Şahbuz Rayon Kommunal Müəssisələri Kombinatında keçirilib.

Azturkxeber.az xəbər verir ki, 14 nəfərin iştirak etdiyi təlim “Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi” mövzusuna həsr olunub.

Təlim zamanı iştirakçılara əməyin mühafizəsinin əsas prinsipləri, iş yerlərində yarana biləcək risklərin müəyyən edilməsi və həmin risklərin qarşısının alınması yolları barədə məlumat verilib.

Eyni zamanda, elektrik avadanlıqlarından təhlükəsiz istifadə, yanğın zamanı düzgün davranış qaydaları, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi, fərdi mühafizə vasitələrindən düzgün istifadə və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı praktiki tövsiyələr təqdim olunub.

Bildirilib ki, əməyin mühafizəsi norma və qaydalarına əməl olunması istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə risklərinin azalmasında mühüm rol oynayır.

Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31